Trampın inauqurasiya gününə təhdidlər səsləndi
Nyu Yorkda, Manhettendə yerləşən Tramp-tauer-in qarşısına toplaşan minlərlə sakin qaldırdıqları anti-Tramp plakatları ilə seçkilərin nəticələrinə etiraz edib.
Baki-xeber.com-un life.ru-ya istinadən xəbərinə görə, daha sonra onlar binanın bir neçə metrlik məsafəsində Trampın maketini “dara çəkiblər”. Aksiyaçılar Donald Trampın inauqurasiya gününə də təhdid səsləndirib. Bildiriblər ki, yanvarın 20-də etiraz və ixtişaşlar törədəcəklər.
Aksiya iştirakçılarından bir neçə nəfərin həbs olunduğu xəbər verilir.