Amerikanın kəşfiyyat qurumu Donald Trampın proqnozlaşdırılmayan hərəkətlərindən ehtiyat edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Washington Post” qəzeti özünün kəşfiyyatdakı mənbələrinə istinadən yazıb.
Daha öncə xəbər verilmişdi ki, ABŞ-ın kəşfiyyat orqanları Tramp üçün milli təhlükəsizliklə bağlı brifinq keçirməyi planlaşdırır. “Bu, qeyri-müəyyənlik qarşısında qorxudur. Biz bu danışıqların arxasında onun necə biri olduğunu bilmirik. O üzdən bir neçə ay sonra nələrin baş verəcəyini də təxmin etməkdə çətinlik çəkirik”- deyə adının açıqlanmasını istəməyən yüksək çinli kəşfiyyat nümayəndəsi qəzetə danışıb.
ABŞ HHQ-nin istefada olan generalı, MKİ-nin keçmiş direktoru Maykl Hayden deyib ki, xüsusi xidmət əməkdaşları Trampla görüşlər keçirəcək, lakin onlar arasında bir çaşqınlıq hiss olunur. Tramp haqqında danışan general deyib ki, professional fəaliyyəti boyu ölkə kəşfiyyatına belə əhəmiyyətsiz yanaşan və seçki kampaniyası dönəmində hətta bəzi hallarda kəşfiyyat məlumatlarını şübhə altında qoyan ikinci seçilmiş prezident görməyib.
Qeyd edək ki, rəqibi Hilları Klinton kimi, Tramp da seçkilərə qədər milli təhlükəsizliklə bağlı brifinqlərə qatılıb.