Səhər saatlarında Zığ şosesində - Naxçıvanski hərbi məktəbin yaxınlığında yol qəzası olub.
“Trend”-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə geri dönmə əməliyyatı zamanı baş verib. Belə ki, "Opel" markalı avtomobilin sola - qarşı yola keçmək istəyən "Mersedes" markalı avtomobili vurması nəticəsində yolu hərəkətsiz hissəsində salınmış şam ağaclarına çırpılıb.
Yol qəzası nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.