“Azərbaycan Dəmir Yolları” ASC Bakı dairəvi dəmir yolunun yenidənqurulmasına başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə qurumun mətbuat katibi Nadir Əzməmmədov “Trend”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 29,2 kilometrlik Bakı-Pirşaöı-Sumqayıt dairəvi yolunda əsaslı təmir və bərpa işlərinə artıq start verilib. əzməmmədov deyib ki, “Dəmiryolservis”in apardığı təmir-bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək. “Hazırda Nərimanov-Böyükşor istiqamətində yolun 2,2 kilometrlik hissəsində iş gedir”- deyə agentliyə açıqlamasında o bildirib.