Trampın ABŞ prezidenti seçilməsinə Putin yardımçı olub.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol çıxış edib. Seçkinin nəticələrinin elan olunmasının dərhal ardından Makfol özünün tvitter səhifəsində yazıb:” Putin bizim seçkilərə əl uzatdı və bacardı. Afərin!” Lakin maraqlıdır ki, çox keçmədən eks-səfir həmin qeydini silib.
Bununla belə, faktdır ki, ABŞ xüsusi xidməti seçki kampaniyası dönəmində bir neçə dəfə Rusiyanın Trampı dəstəklədiyinə diqqət çəkib. Üstəlik ABŞ tərəfi bir neçə dəfə Rusiyanı seçkinin nəticələrinə təsir etmək məqsədilə haker hücumları təşkil etməkdə suçlayıb.Öz növbəsində prezident Putin isə bu barədə deyilənləri siyasi mübarizədə ictimai fikirlə manipulyasiya adlandırıb.