Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
Baki-xeber.com bu barədə Kremlin saytına istinadən xəbər verir. Xəbərdə deyilir ki, Rusiya lideri göndərdiyi təbrik teleqramında amerikalı siyasətçiyə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, birgə əməkdaşlıq nəticəsində Rusiya-ABŞ münasibətlərindəki böhran aradan qalxacaq.