ABŞ-ın 45-ci prezidentinin seçkilərində ilkin nəticələr açıqlanıb.
Baki-xeber.com-un əldə etdiyi xəbərə görə, Respublikaçılar partiyasının namizədi Donald Tramp əhəmiyyətli səs fərqilə rəqibi, Demokratlar partiyasının namizədi Hilları Klintonu geridə qoyub. Belə ki, hazırdaTrampa səs verən nümayəndələrin sayı 254-ə çatdığı halda: xanım Klintona səs verən nümayəndələrin sayı 215-dir. Xəbərdə deyilir ki, uğurlu seçki kampaniyası ilə irəlidə olan Klintonu dəstəkləyən “New York Times” qəzeti də artıq Trampın seçkini qazanacağını proqnoz edib.
Artıq səslərin 51 faizinin sayıldığı və Trampın 49 faizlə öndə olduğu bildirilir. Belə ki, hələlik Tramp 23, Klinton 12 əyalətdə seçkini qazanıb.
Prezident seçkilərilə paralel olaraq ABŞ Senatı və Nümayəndələr palatasına da seçkilər keçirilib. Bu ana qədər Nümayəndələr palatasında Pespublikaçılar 206, Demokratlar isə 146 yer qazanıb.