Bakıya dəvət olunmuş erməni hüquq müdafiəçiləri sabah mətbuat konfransı keçirəcək. Bu barədə Milli QHT Forumunun mətbuat xidmətindən baki-xeber.com-a məlumat verilib.
Məlumatda bildirilir ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransla əlaqədar olaraq Bakıya dəvət olunmuş erməni hüquq müdafiəçilərinin 9 noyabr 2016-cı il tarixində saat 14-00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcək.
Bütün KİV nümayəndələri dəvətlidir.