ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov erməni işğalındakı Azərbaycan ərazilərinin qaytarılması şərtlərini açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, həmsədr deyib ki, bu problemin çözümün yalnız paket həll variantında mümkündür. Onun sözlərinə görə, ərazilərin qaytarılması ilə eyni zamanda Qarabağın statusu müəyyən olunmalı, qaçqınlar yurd-yuvalarına dönməli, Qarabağı Ermənistanla birləşdirən dəhliz qoyulmalı və sülhməramlı əməliyyatlar həyata keçirilməlidir. “Tərəflərin istəyinə görə bu məsələləri bir-birindən ayırmaq düzgün yol deyil”- o deyib.
Xatırladaq ki, həmsədrlərin regiona gəlişi cari ayın 3-cü dekadasında nəzərdə tutulub.