Bu gün Yunus Əmrə Institutunun Bakı Nümayəndəliyi və Kulinariya Mərkəzi “Yallı” restoranının dəstəyilə “Ortaq Kültürümüz Aşurə” adlı tədbir keçirib.
“Yallı” restoranında düzənlənən tədbirdə Türkiyənin Bakı Böyükelçiliyinin elçi müstəşarı Meral xanım Berlas çıxış edərək, ortaq mədəniyyətimizin tanıdılmasında tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Kulinariya Mərkəsinin rəhbəri, ölkənin baş kulinarı Tahir Əmiraslanov Azərbaycanda əsrlərdən bəri ənənələrlə günümüzə qədər gəlmiş və əsasən hicri tarixinin Məhərrəm ayında bişirilməsinin savab olduğu deyilən hədiklə Türkiyədə həmin məqsədlə hazırlanan aşurə adlı yeməyin oxşar və fərqli cəhətlərindən danışaraq, bu təamın əslində birlik və bərabərliyin simvolu olduğuna diqqət çəkib.
Daha sonra qonaqlara aşurə yeməyi və çay dəstgahı təqdim olunub.