Cümə günü, 30 oktyabr 2026
     

Daşqın Şikarov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Image


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri, Dubay Expo 2020-nin Bürosunun Baş direktoru xanım Rim Əl Haşimi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşə görə xanım Əl Haşimiyə təşəkkür edən səfir D.Şikarov Azərbaycan və BƏƏ arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xalqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfərindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevinin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar barədə məlumat verib, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və dünyanın bir sıra ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışıb. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində BƏƏ-nin istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən səfir bu dəstəyin ölkəmiz və bütövlükdə regionun əmin-amanlığı və təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Sonra bildirib ki, BƏƏ rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində bu ölkə çox böyük inkişaf yolu keçib və dünyanın əsas turizm və ticarət mərkəzlərindən biri halına gəlib. BƏƏ-də həyata keçirilən və davam etməkdə olan dünya miqyaslı layihələr bu inkişafın yüksələn xətlə davam edəcəyinin sübutudur.

Dubay Əmirliyinin Expo 2020-yə ev sahibliyi etməsi münasibətilə öz təbriklərini çatdıran səfir Azərbaycanın həmin tədbirdə iştirakını təsdiq edən niyyət məktubunu xanım Dövlət Nazirinə təqdim edib.

Niyyət məktubunun təqdim edilməsindən duyduğu məmnunluğu bildirən Xanım Rim Əl Haşimi Azərbaycanın Expo 2020-də ən yüksək səviyyədə təmsil olunacağından əmin olduğunu və bunun reallaşması üçün Dubay Expo Bürosunun baş direktoru kimi bütün zəruri dəstəyi göstərəcəyini vəd edib.

Səfir D.Şikarov nazirə iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsi yolunda göstərmiş olduğu diqqət və dəstəyə öz təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan və BƏƏ arasındakı mövcud dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət, investisiyalar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın əlverişli iqlimi və münbit torpaqları yüksək keyfiyyətli, təbii kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına imkan verir. Bu məhsulların BƏƏ və bütövlükdə Körfəz ölkələrinə ixracı, regionun ərzaq təhlükəsizliyinə də əlavə töhfə verəcək.

Digər tərəfdən, Azərbaycanın gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-li turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Əvvəllər il ərzində cəmi 2500-3000 BƏƏ-li turist Azərbaycana səfər edirdisə, hazırda cari ilin yalnız 8 ayı ərzində 30 mindən çox turist ölkəmizə səfər etmişdir. D.Şikarov artan ticarət, investisiya və turizm əlaqələrinə paralel olaraq hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, hazırda iki ölkə arasında yalnız Dubay və Bakı arasında birbaşa uçuşların mövcud olduğunu deyərək, qarşılıqlı uçuşların digər havayolu şirkətlərini də cəlb etməklə artırılmasının vacibliyini bildirib.

Xanım Əl Haşimi, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, istər Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı, istərsə də qarşılıqlı hava səfərlərinin artırılması məsələlərində əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib. BƏƏ vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı qərarı səbəbilə Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirən Dövlət Naziri, BƏƏ vətəndaşlarının səyahət edəcəkləri ölkəni seçərkən ilk növbədə onlara göstərilən xoş münasibət və təhlükəsizlik məsələrinə diqqət yetirdiklərini, bu baxımdan Azərbaycanın BƏƏ-lilər üçün ən ideal istirahət istiqaməti potensialında olduğunu qeyd edərək, BƏƏ-də Azərbaycana olan marağının gündən-günə daha da artacağından əmin olduğunu vurğulayıb.

Səfir D.Şikarov, səmimi söhbətə və Azərbaycan-BƏƏ əlaqələrinin inkişafındakı səylərinə görə Xanım Rim Əl Haşimiyə bir daha öz təşəkkürünü bildirmiş və onu ölkəmizə rəsmi səfərə dəvət etmişdir.

Xanım Əl Haşimi dəvətə görə təşəkkür edib, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ildə ölkəmizə baş tutmuş rəsmi səfəri zamanı BƏƏ nümayəndə heyətinin tərkibində özünün də olduğunu, ölkəmizin və Bakı şəhərinin gözəlliyindən heyrətə gəldiyini, xüsusən Azərbaycan yeməklərinin, meyvə və tərəvəzlərinin dadının onun üçün unudulmaz olduğunu deyərək, proqramına uyğun olaraq, cari ilin dekabr ayının sonlarında Bakıya səfərinin mümkün ola biləcəyini bildirib. O, səfər zamanı Azərbaycanın Expo 2020-də iştirakı ilə bağlı məsələlərin müzakirə edilə biləcəyini qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ