Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibə verib.
Baki-xeber.com-un xəbərinə görə, müsahibəsində Dağliq Qarabağ münaqişəsinə toxunan Prezident deyib ki, "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil və ağıllı kompromis mümkündür”. Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi: iki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi nəticəsində mümkündür. Biz münaqişənin həllini bu cür görürük" — deyə Əliyev müsahibəsində bildirib. Bununla yanaşı, Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu ola bilməz: "Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər. Əgər gələcəkdə biz razılığa gəlsək, bu özünüidarəetmə Muxtar Respublika formasında da ola bilər".
Müsahibənin tam mətnini bizdən gözləyin.