Türkiyənin Qaziantep əyalətində polisin keçirdiyi əməliyyat nəticəsində 19 İŞİD üzvü təsbit edilərək saxlanıb.
Baki-xeber.com-un Fox.TV-yə istindən xəbərinə görə, Bu barədə sözügedən əyalətin valisi Əli Erliqaya məlumat verib.
Xatırladaq ki, bazar günü gündüz saatlarında şəhərin yaşayış məhəllələrindən birində intiharçının özünü partlatması ilə 3 polis həlak olub, 8 nəfər mülki şəxs yaralanıb. Bundan bir neçə saat sonra daha bir intiharçı-terrorist polislərin əhatəyə aldığı tikilməkdə olan binada özünü partladıb. Bu hadısı nəticəsində də bir neçə polis yaralanıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Az sonra Türk mətbuatı polisin terroristlərin yerli özəyinin başçısını zərərsizləşdirdiyi barədə xəbər yayıb.