Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Cozef Baydenin Rusiyanın Dempartiyanın saytına kiberhücumlarına “lazımi anda” cavab veriləcəyilə bağlı açıqlamasına münasibət bildirib.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, Peskov deyib ki, Moskva ehtiyat tədbirləri görəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatların Moskvanın ünvanına artan bu tip aqressiyalarının presedenti yoxdur, çünki bu hədələr birbaşa vitse-prezidentin dilindən səslənir.
Baydenin bu xəbərdarlığını “hədsizlik” kimi qiymətləndirən Peskov deyib ki, Moskva da məsələyə gərəkən reaksiyanı verəcək.
Xatırladaq ki, Cozef Bayden NBC telekanalına müsahibəsində jurnalistin haker hücumları ilə bağlı sualına cavabında gülümsəyərək, gərəkən mesajı göndərdiklərini və “Rusiyanın Amerikada prezident seçkilərinə təsir gücünün olmadığını” bildirib.