Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının İrəvan sammiti, ermənilər kimi, Belarus prezidenti Aleksandr Lukaşenkonu da qane etməyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, Belarus prezidenti “xırda məsələlərdən ötrü bu boyda məsafə qət etməli olmasından” narazılıq ifadə edib və deyib ki, dünya KTMT adlı təşkilat tanımır. Məsələ burasındadır ki, İrəvan sammiti öncəsi təşkilat BMT-yə sülhməramlı fəaliyyət göstərmək üçün mandat almaq istəyilə müraciət edib. Lakin müraciətin BMT Baş Assambleyasında XİN başçılarının toplantisi ərəfəsində “komitələrdə müzakirə olunacağı ilə bağlı bəyanatlara” baxmayaraq, BMT KTMT-yə mandat verilməsinə razılıq verməyib. KTMT iştirakçı ölkələri isə İrəvan sammitindən iki önəmli qərarın verilmisini gözləyiblər. Bunlar Suriya və Daglıq Qarabağ ərazisində sülhməramlı qısmində KTMT qüvvələrinin yerləşdirilməsi ilə bağlı olub.
Beləliklə də BMT-nin “günahı üzündən” İrəvan sammiti ermənilərin, elə Lukaşenkonun da gözlədiyi sonluqla bitməyib.