Lavrovun bu günlərdə Türkiyənin Qarabağ çözümünün tapılmasında önəmli rol oynayacağı ilə bağlı səsləndirdiyi fikirlər ermənistanda ciddi narahatlığa yol açıb.
Baki-xeber.com xəbər verir ki, məsələ ilə bağlı artıq rəsmi reaksiya erməni mətbuatında yer alıb. Belə ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan NEWS.am saytına Lavrovun fikirlərini şərh edərək, Ermənistanın əvvəlki kimi “Türkiyənin mümkün olduğu qədər Qarabağ nizamlanması prosesindən uzaq tutulmalı” olduğu fikrində qaldığını bildirib.
Xatırladaq ki, Lavrov bu günlərdə İstanbulda verdiyi açıqlamada Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin çözümü və Ermənistanın blokadadan çıxarılması ilə regionda iqtisadi, logistik, nəqliyyat və infrastruktur sahələrində normallaşmanın əldə olunmasında önəmli rol oynaya biləcəyini deyib.