Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat və İnformasiya müşavirliyi İsveçdə 15 iyul çevriliş olayları ilə bağlı keçirilməsi planlaşdırılan tədbirin əngəllənməsini şiddətlə qınayan bəyanat yayıb.
Səfirliyin Mətbuat və İnformasiya müşavirliyindən baki-xeber.com-a verilən xəbərə görə, bəyanatda deyilir:
“Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat və İnformasiya müşavirliyi 14 oktyabr 2016 tarixində İsveçdə keçirilməsi planlaşdırılan “15 iyul – qanlı çevriliş cəhdinin pərdəarxası” adlı tədbirin bəzi isveçlı parlamentarilərin təzyiqi altında təxirə salınmasını şıddətıə qınayır və bunu Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığını təsbit edən 10-cu maddəsinin pozulması hesab edir”.
Bəyanatda Avropa ölkələri İsveçə “Mətbuat azadlığını əngəllədiyinə görə” təpki göstarməyə çağırılır.