Ötən gecə Bakı Metropolitenində inanılmaz hadisə yaşanıb.
Belə ki, “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb. Bu barədə “Trend”-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, metropolitendə olan polis əməkdaşları tərəfindən həmin şəxs saxlanıb. Məlum olub ki, o, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.
N.Paşayev bildirib ki, qatar yolunda gərginliyin söndürülməsi ilə əlaqədar “İçərişəhər” - “Həzi Aslanov” və "Dərnəgül" - “Həzi Aslanov” xəttləri üzrə qatarların hərəkətində gecikmələr olub.
Araşdırmalar zamanı S.Aslanov bildirib ki, bu addımı ailə münaqişəsi zəminində atıb. Faktla bağlı araşdırmalar davam edir.