Cümə günü, 30 oktyabr 2026
     

Azərbaycan Prezidenti və Pakistanın baş nazirinin mətbuata birgə bəyanatlarında Qarabağ və Kəşmir məsələsi…

Image


“Pakistandan ən müasir silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”

 

Baş nazir: “Pakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıdır”

 

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

Prezidenti İlham Əliyev bildirib ki, bu gün bizim üçün vacib gündür: "Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək".

Sonra Pakistanın Baş naziri Nəvaz Şərif deyib: "Təşəkkür edirəm, cənab Prezident. Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır. Mən bir dəfə 1998-cu ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam".

Prezident İlham Əliyev təşəkkür edib və xoş sözlərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Hörmətli Baş nazir. Hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamaq istərdim. Çox şadıq ki, cənab Baş nazir ölkəmizdə rəsmi səfərdədir. Biz ilin əvvəlində Davosda görüşmüşük. Çox yaxşı görüş keçirdik və söhbət apardıq, əməkdaşlığımızın strateji mahiyyətini bir daha vurğuladıq. Bu gün Pakistanın Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir.

Pakistan bizim üçün ən yaxın dostlardan biridir. Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz Baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik.

Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana səfər etdiyinizə görə Sizə minnətdaram. Bir daha xoş gəlmisiniz".

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif deyib: "Cənab Prezident, təşəkkür edirəm. İlk növbədə, gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Artıq qeyd etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Bu gözəl şəhərdə mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən olduqca səmimi münasibətə görə Sizdən minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm. İlk növbədə, icazə verin, 18 oktyabr - milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbrikimi və ən xoş arzularımı çatdırım.

Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı Sizin dahi atanız mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir.

Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir. Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi. Bir daha Sizə təşəkkür edirəm".

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

“Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şəriflə birgə mətbuata bəyanatla çıxışında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Cənab Baş nazir. Hörmətli qonaqlar. Xanımlar və cənablar. Cənab Baş nazir, ilk növbədə, mən bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və bu gün ölkəmizdə səfərdəsiniz. İlin əvvəlində Davosda keçirdiyimiz görüş zamanı razılaşdığımız kimi, bu gün biz görüşürük və qarşılıqlı maraqlarımıza, dostluğa, tarixə, tərəfdaşlığa və xalqlarımız arasındakı qardaşlığa əsaslanan əməkdaşlığı davam etdiririk”.

Dövlət başçısı qeyd edib ki, Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir: “Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq. Biz beynəlxalq təşkilatlarda - BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik”.

İlham Əliyev bildirib ki, siyasi təmaslar çox yüksək səviyyədədir: “Qeyd etdiyim kimi, biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Bu gün biz, əlbəttə ki, cənab Baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın.

Bu gün biz, həmçinin Azərbaycanda xüsusilə də əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir. Biz Azərbaycanda bu sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq”.

Azərbaycan Prezidenti deyib ki, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var. Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunmuşdur. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”.

Dövlət başçısı qeyd edib ki, bu gün iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu: “Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar. Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır".

İlham Əliyev bildirib ki, tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var: "Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır. Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir.

Cənab Baş nazir, bir daha ölkəmizə səfər etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Mən əminəm ki, səfər çox uğurlu olacaq və qardaşlıq əlaqələrimizin güclənməsində mühüm rol oynayacaq”.

“Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıyıq”. Bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif deyib.

M.N.Şərif deyib: “Zati-aliləri Prezident İlham Əliyev. Hörmətli mətbuat nümayəndələri. Zati-aliləri əziz qardaşım Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, ölkələrimizin əməkdaşlığı ilə bağlı bu qədər gözəl sözlər dedi. Bu sözləri Prezidentdən eşitmək mənim üçün böyük şərəfdir. Bu gün bu gözəl ölkədə olmaq da mənim üçün xüsusi qürurverici bir haldır. Mən və məni müşayiət edən həmkarlarımla birlikdə səmimi dəvətə və mənim nümayəndə heyətimə göstərilən səxavətli qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu, bir daha onu sübut edir ki, mən buradan ən xoş arzularla ayrılacağam”.

Baş nazir Bakıya ilk dəfə səfər etdiyini qeyd edib: “Küləklər şəhəri” adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, - mən dünən oranı ziyarət etdim, - xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə “Multanı” adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən də dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir. Regionumuzda mövcud olan belə karvansaraylar böyük bir həqiqəti ifadə edir ki, biz minilliklər boyu əsas ticarət marşrutları kimi istifadə edilən regionun mərkəzində yerləşirik. Belə bir şərəfli ənənənin davamçısı kimi, biz haqlı olaraq deyə bilərik ki, gələcək bizimdir və bununla biz regional inteqrasiya ilə nəticələnəcək bağlılığımızı gücləndirmək üçün enerji və səylərimizi bu istiqamətə yönəltməliyik”.

M.N.Şərif qeyd edib: “Azərbaycanda diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı. Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir. Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür. Biz hesab edirik ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq vasitəsilə həll edilməlidir. Biz sülh prinsipinə sadiq olan ölkəyik. Biz digər dairələrin açıq-aşkar təcavüzünə baxmayaraq, sülh naminə inkişaf prinsiplərinə sadiqik. Ancaq sülh prinsipinə cəsarətli sadiqliyimiz heç vaxt yanlış olaraq, zəiflik kimi qəbul edilməməlidir.

Görüşlərimizdə regional və beynəlxalq məsələlər də daxil olmaqla bir çox mövzuları müzakirə etdik. Cənab Prezident artıq bunların bəzilərini qeyd etdi. Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşməsini sübut edir”.

Baş nazir əlavə edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir: “Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq. Mən Kəşmir münaqişəsi ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini, yəni, məsələnin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun dialoq və sülh vasitəsilə həll edilməsinin tərəfdarı olmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hər iki məsələnin tam həllinə qədər qarşılıqlı dəstək sarsılmaz olaraq qalacaq. Bizim regionlarımızın inkişafının və firavanlığının, əmin-amanlığının və təhlükəsizliyinin perspektivləri həmin münaqişələrin girovuna çevrilib”.

O vurğulayıb ki, bizim siyasi əlaqələrimiz ardıcıl olaraq inkişaf edir: “Görüşlərimizdə razılığa gəldik ki, iqtisadiyyat, sərmayə qoyuluşu, ticarət, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət və digər sahələrdə əlaqələrimizi daha da inkişaf etdirək. Bizim hazırkı ticarət dövriyyəmiz potensialımızı heç də əks etdirmir və burada canlanmaya ehtiyac duyulur. Eyni zamanda, iki ölkə arasında əlaqələndirmənin vacibliyi və gələcək ilə bağlı baxışlarımıza dair fikir mübadiləsi apara bildik. Biz beynəlxalq müstəvidə - BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı davam etdirməklə bağlı razılığa gəldik.

Hesab edirəm ki, Bakıya səfərim tərəqqi, firavanlıq, inkişaf, əlaqələndirmə və bütün regionun inteqrasiyası ilə bağlı vahid məqsədlərimiz ətrafında müzakirə aparmaq üçün imkan yaratdı. Biz sıx siyasi münasibətlərimizin bütün sahələr - iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu və sair sahələr üzrə real əməkdaşlığa təkan verməsi ilə bağlı qərarlı olduğumuzu vurğuladıq.

Cənab Prezident, təşəkkür edirəm. Yaşasın, Azərbaycan-Pakistan dostluğu! Diqqətinizə görə bir daha təşəkkür edirəm”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ