Beslan-Vladiqafqaz yolunda faciəli yol qəzası baş verib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, Moskvadan İrəvana gedən sərnişin avtobusu Şimali Osetiya ərazisində qəzaya düşüb. Osetiya FHN-dən verilən xəbərə görə, avtobusda cəmi 52 nəfər sərnişin olub, onlardan 25 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb, 5 nəfəri isə həyatını itirib.
Xəbərə görə, avtobus yolun kənarında dayanmış avtoqatara çırpılıb. Nəticədə avtoqatardakı avtomobillərə də ziyan dəyib, bir xarici marka avtomobil isə dərəyə aşıb.
Qəzanın səbəbləri araşdırılır.