Əfqanıstan paytaxtında aşura gününün qeyd olunduğu “Kartei-Sakxi” ibadətgahına silahlı basqın olub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, basqın nəticəsində 14 nəfər ölüb, 36 nəfər yaralanıb. Şəhər polisinin başçısı Əbdürrəhman Rəhmi hücumu 4 nəfər maskalı şəxsin törətdiyini açıqlayıb.
Əfqanıstan DİN-in mətbuat katibi Siddiq Siddiqi ölü sayının artacağını istisna etməyib.
Hadisənin məsuliyyətini “taliban” öz üzərinə götürüb.