Cümə günü, 30 oktyabr 2026
     

Prezident İlham Əliyev Roma Papasının Azərbaycana gəlişini tarixi səfər adlandırdı...

Image


"Zati-müqəddəsləri, hörmətli Roma Papası Frensisk həzrətləri! Hörmətli qonaqlar, xanımlar və cənablar! İlk növbədə, Zati-müqəddəsləri, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Sizə və nümayəndə heyətinizə xoş gəlmisiniz deyirəm!"

“Trend”-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpusla görüşündə çıxışında deyib.

Prezident İlham Əliyev bildirib: "Keçən il Vatikanda görüşərkən mən Sizi Azərbaycana dəvət etdim və çox şadam ki, Siz dəvəti qəvul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir".

Dövlət başçısı vurğulayıb ki, bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək. Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir və keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub".

Prezidentin sözlərinə görə, bu gözəl hadisə bir də onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır: "Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, Azərbaycan Şərqlə Qərb arasında hər zaman körpü rolunu oynayıb. Bu həm coğrafi körpüdür, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim atəşpərəstlər məbədi, eyni zamanda pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir".

İlham Əliyev əlavə edib ki, Vatikan-Azərbaycan əlaqələrinin tarixində 2008-ci ildə çox əlamətdar hadisə baş verib: "2008-ci ildə Bakıda Katolik kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik kilsəsi 1912-ci ildə inşa edilib. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən bu kilsə dağıdılıb. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik kilsəsi yenidən tikilsin və bu gün səhər, Zati-müqəddəsləri, Siz bu kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, Azərbaycanda yaşayan katoliklər üçün də bu çox böyük hədiyyə olub".

Dövlət başçısı sonra deyib: "Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik, bütün Azərbaycan reallıqları ilə tanış olan xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların içərisində artıq dünyada böyük şöhrət qazanmış Bakı prosesidir. Bakı prosesi 2008-ci ildə başlayıb. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etmişik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı. Bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə Bakı prosesi deyildi və bu gün Bakı prosesi çərçivəsində ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçiririk. Onların içində Dünya dini liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu. Forumun əsas mövzularından biri multikulturalizm idi. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bütün bu təşəbbüslərin bir məqsədi var ki, bütün dinlərin nümayəndələri bir-biri ilə əməkdaşlıq etsinlər, qarşıdurmaya yol verilməsin. Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq, BMT qərar qəbul etmişdir ki, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu Bakıda keçirilsin və böyük müvəffəqiyyətlə biz bu il Forumu Bakıda keçirtdik. Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir siqnaldır, mesajdır. Digər tərəfdən, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurma güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır və öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır".

Prezident İlham Əliyev vurğulayıb ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: "Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar, bizim ölkəmizin dəyərli vətəndaşlarıdırlar və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər. Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir maneədir, səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan zəngin mədəni irsə malikdir və bu bizim cəmiyyətimizin əsasıdır. Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir".

Dövlət başçısı sonra deyib: "Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bizim vətəndaşlarımız, 1 milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, xalqımıza qarşı Xocalı soyqırımı törədilib ki, bu gün 10 ölkə rəsmən bu soyqırımı tanıyıb. ATƏT iki dəfə işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyalar göndərib. Bu missiyaların hesabatı insanları dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik. Bakıda yerləşən erməni kilsəsində erməni dilində 5 mindən çox kitab saxlanılır. Bax fərq bundan ibarətdir. Bu onların hərəkətləri, bu da bizim münasibətimiz. Buna görə təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar".

İlham Əliyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə bu münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: "Dünyanın ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. Bizim 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onlardan 1 milyonu qaçqın və məcburi köçkündür. Bu humanitar fəlakəti öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq ölkəmiz inkişaf edir. Bu ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib. Son 13 il ərzində iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluq, işsizlik 5 faizə düşüb, Azərbaycanda bir çox layihələr icra edilir. Biz müasir dövlət qurmuşuq. Bu gün Azərbaycan müstəqilliyinin 25 illiyini nikbinlik əhvali-ruhiyyədə qarşılayır. Çünki biz özümüzə və dünyaya sübut etdik ki, biz azad bir ölkə kimi, uğurla yaşaya bilərik. Azərbaycan bütün ölkəmizdə yaşayan xalqların doğma vətənidir, Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən əməkdaşlığa açıq olan ölkəyik. Sizin Azərbaycana səfəriniz bizim üçün tarixi hadisədir. Bu bizim üçün böyük şərəfdir. Siz bu gün səhər Katolik kilsəsində dini mərasim keçirmisiniz. Bu görüşdən sonra siz ölkəmizin ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz. Siz Bakıdan bütün dünyaya çox açıq aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir. Mən sizə bu günkü görüşümdə bildirdim ki, siz bu səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana yönəltmisiniz. Bütün qitələrdə sizin davamçılarınız, sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə bu gün tanış olurlar. Görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri Fransisk Bakıdadır. Buna görə bütün Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirmək istəyirəm, sizə can sağlığı, yeni uğurlar arzulayıram".

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ