Suriya Ordusuna aid döyüş təyyarələri ölkənin şimal-qərbindəki İdlib şəhəri və onun çevrəsindəki qəsəbə və kəndlərə vakuum bombası yağdırıb.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə 20 nəfər ölüb, 24 nəfər yaralanıb. İdlibin insan haqları yetkililərindən Leys əl-Fariz İdlibdə 7, Carcanaz bölgəsində 8, Xan Şeyhun ərazisində 5 dinc sakinin həyatını itirdiyini açıqlayıb. O deyib ki, hücum nəticəsində tamamılə dağılan beşmərtəbə binanın dağıntıları altından çoxlu sayda uşaq cəsədi çıxarılıb. Yaralıların xəstəxanaya qaldırıldığını deyən əl-Fariz daha çox dağıntıya Xan Şeyhan qəsəbəsinin məruz qaldığını, burada bir çox avtomobillərin də yararsız hala düşdüyünü bildirib.