Bakının Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Baki-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir. Xəbərə görə, dərhal Nazirliyin Xüsusi Risqli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Sürücünün kimliyi açıqlanmır.