Cümə günü, 30 oktyabr 2026
     

Mehriban Əliyeva Bakı Beynəlxalq Forumunun iştirakçıları ilə görüşdü - FOTO

Image


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

 

Qazaxıstanın dövlət katibi ilə görüş...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə də görüşüb.

Birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

 

Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

Qonağı ölkəmizdə yenidən görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Forumda iştirakına görə ona təşəkkür edib. ISESCO-Azərbaycan əməkdaşlığının uğurlarından danışan qurumun xoşməramlı səfiri birgə layihələrin, təhsil və mədəniyyət sahələrində əlaqələrin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəni irsinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Foruma dəvətə görə təşəkkür edərək bu tədbirin dünya üçün mühüm məsələlərin müzakirə olunduğu platformaya çevrildiyini bildirib. O, dünya mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıqdan şad olacağını vurğulayıb.

 

Argentina Milli Konqresinin Deputatlar Palatasının nümayəndə heyəti

Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Xemenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Əsas məqsədi sülh mesajı vermək olan bu Forumun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən Mehriban Əliyeva Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir ayara gəlməsinə çalışdığını bildirib. Gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında gələcəkdə reallaşdırılacaq birgə layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Xemenez Bakıya ilk dəfə səfər etdiklərini, şəhərin gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

Bu Forumun bir çox ölkələrin nümayəndələrinin, Nobel mükafatçılarının bir araya gələrək beynəlxalq miqyaslı bir platformaya çevrildiyini vurğulayan nümayəndə heyətinin üzvləri Argentina-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar ölkələrimizin mədəni əməkdaşlığına mühüm töhfə olacaq və Azərbaycan-Argentina münasibətlərinə həsr edilən muğam-tanqo festivalına hazırlıq görüldüyünü diqqətə çatdırıblar.

Sonda Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ