Cümə günü, 30 oktyabr 2026
     

Bakı Beynəlxalq Humanitar Forumu dünya liderlərinin gündəliyində əsas məsələ kimi...

Image


Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər.

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşısında duran iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxuyub və çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxuyub.

Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış ediblər.

Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirir.

 

 

Putinə görə, Bakı Beynəlxalq Humanitar Forumu dünyada nüfuz qazanıb

 

Bakı Beynəlxalq Humanitar Forumu dünyada nüfuz qazanıb. Bu barədə Rusiya prezidenti Vladimir Putinin V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir. Rusiya baş nazirinin müavini Olqa Qolodetsin oxuduğu məktubda deyilir: “Qısa vaxt ərzində Forum dünyada nüfuz qazanıb: “Bakı ali qonaqları, elm və yaradıcı intelligensiya nümayəndələrini qəbul edir. Siz dəyərli təcrübə mübadiləsi aparmalı, mədəniyyət, elm və ətraf mühit sahələrində perspektivləri müzakirə etməlisiniz. Əminəm ki, sizin müzakirələriniz səmərəli olacaq”.

 

Pan Gi Mun Bakı Forumunun vacib meydançaya çevrildiyini dedi

 

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoq, tolerantlıq və millətlər arasında anlayışın inkişafına xidmət edən geniş spektr məsələlər üzrə fikir mübadiləsi üçün vacib meydançadır. Bu barədə isə BMT-nin Baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində deyilir.

Məktubda qeyd edilir ki, bu il forum Azərbaycan üçün xüsusi xarakter daşıyır, çünki ölkə müstəqilliyinin 25 illiyini qeyd edir: "Bu müddət ərzində Azərbaycan çox şeyə nail olub".

Müraciətdə deyilir ki, 1991-ci ildən Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf müşahidə olunur: “Azərbaycanın inkişafı ölkəyə Avrasiyada, Avropada və Yaxın Şərqdə humanitar məsələlərə artan diqqətlə mühüm rol oynamağa yardım edir.

 

 

Forum YUNESKO-nun məqsədlərinin irəliləməsinə necə xidmət edir…

 

YUNESKO-nun baş direktorunun müavini Qetaçyu Enqida isə deyib ki, Bakı Beynəlxalq Humanitar Forumu YUNESKO-nun məqsədlərinin irəliləməsinə xidmət edir.

O bildirib: "Biz dünyaya yeni təhlükələr törədən qloballaşma dövründə yaşayırıq. Dünya son dövrdə ən əhəmiyyətli qaçqın böhranı ilə üzbəüz qalıb və bu, radikallaşma və ekstremizmin artması səbəbinə görə alovlandırılan çoxsaylı münaqişələrin birbaşa nəticəsidir".

Q.Enqidanın sözlərinə görə, YUNESKO-nun mədəniyyətin qorunması və mədəni plüralizmin inkişafı üşün strategiyası xüsusilə silahlı münaqişələr dövründə olduqca vacibdir.

 

Allahşükür Paşazadə Avropada kəskinləşən təhlükədən danışdı

 

“Avropada insamafobiya və ksenefobiya meyilləri kəskinləşir. Biz bu halları sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, radikalizm və ekstremizmə təkan verən amil, millətlərarası və dinlərarası dialoqa olan ciddi zərbə və bəşəri fəlakət kimi dəyərləndiririk”. Bunu isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, bu problemlərin həllində, habelə terrorizm, islamafobiya, ekstremizim və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı vacibdir.

A.Paşazadə əlavə edib ki, müasir dövrdə dünyada milli və dini zəmində baş verən münaqişələrin qarşısını almaq üçün Azərbaycanın uğurlu birgə yaşayış modelindən istifadə etmək məqsədəuyğun olardı.

 

Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq nüfuzu hər il artır

 

Tacikistan Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurov isə deyib ki, Azərbaycan V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi üçün çox gözəl şərait yaradıb. O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq nüfuzu hər il artır: “Burada dünya üçün mühüm məsələlər müzakirə olunur, hər dəfə forumda millətlər arasında dialoqun güncləndirilməsi üçün yeni ideyalar səsləndirilir”.

Ş.Zuxurov bildirib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlət bu sahəyə xüsusi diqqət yetirir: “Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bunun bariz nümunəsidir”.

 

ABŞ-dan gəlçiş ravvinin dedikləri...

 

“Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdiyi və dünya üçün mühüm məsələlərin müzakirəsi üçün şərait yaratdığına görə Azərbaycana təşəkkürümüzü bildiririk”. Bunu Forum çərçivəsində panel müzakirələri zaman ABŞ-da yerləşən Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmə və dinlərarası dialoqa xüsusi diqqət yetirir: “Azərbaycan həmişə tolerant və multikultural ənənələrə üstünlük verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də bu ənənələri davam etdirir. Bu gün bu Forumda dünyanın dini liderləri bir araya gələrək mühüm məsələləri müzakirə etmək və dinlərarası dialoqun gücləndirilməsinə töhfə vermək imkanı əldə ediblər. Bütün bunlara görə Azərbaycana təşəkkürümüzü bildiririk”.

 

Rusiya Baş nazirinin müavini Bakı Forumunun vəzifələrinin bəşəriyyət üçün önəmli olduğunu dedi

 

Rusiya Baş nazirinin müavini Olqa Qolodets deyib ki, Azərbaycanda, belə müasir və dinamik inkişaf edən ölkədə olmaq böyük şərəfdir.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu və forumda müzakirə ediləcək vəzifələr bəşəriyyət üçün xüsusi önəmə malikdir.

O.Qolodets bildirib ki, hazırda dünyada milli münaqişələr alovlanır və bütün ölkə siyasətçilərinin əsas vəzifəsi, missiyası bunun qarşısını almaqdır.

 

İƏT-dən Bakı Beynəlxalq Humanitar Forumuna yüksək qiymət

 

“Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif dinlərinin və mədəniyyətlərinin nümayəndələrinin bir araya gətirilməsi üçün vacib məkana çevrilib”. Bunu isə panel müzakirələri zaman İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif deyib.

O bildirib ki, Forumda dünyanı narahat edən vacib məsələlər müzakirə edilir, çox mühüm görüşlər keçirilir.

H.Yussif əlavə edib ki, dünyada münaqişələrin ədalətli həlli tapılmadan sülhün bərqərar olması mümkünsüzdür: “Bu baxımdan bu məsələləri müzakirə etmək üçün bu cür forumların keçirilməsi vavibdir”.

 

Bakı Beynəlxalq Humanitar Forumu UNESCO-nun diqqətində...

 

Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır. Bunu isə panel müzakirələri zaman UNESCO-nun İcra Şurasının sədri Maykl Uorbs deyib.

O bildirib ki, bundan əvvəl keçirilən Bakı humanitar forumları UNESCO-nun işinə mühüm töhfə verib: “Burada görülən işlər UNESCO mandatına uyğundur. Dünya qarşısında duran çağırışların müzakirə edilməsi və onların həlli istiqamətində fikir mübadiləsinin aparılması çox əhəmiyyətli məsələdir”.

M.Uorbs bildirib ki, bu gün dünyada münaqişələrin sayı artmaqdadır: “Belə bir şəraitdə bizə qərəzsiz media lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə atmalı deyilik, eyni zamanda, vətəndaş cəmiyyətləri üzərində cəmləşməliyik. Bu baxımdan bu cür forumların keçirilməsi və bu məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir. UNESCO bu Forumdan böyük nəticələr gözləyir”.

 

Münaqişələr və müharibələr insanların beyinlərində yaranır

 

Humanitar forumların keçirilməsi baxışları fərqli olan müxtəlif ölkədən olan insanlara, konfessiya nümayəndələrinə bir-birini eşitmək və başa düşmək imkanı verir. Trend-in məlumatına görə, bunu jurnalistlərə V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak edən Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy deyib.

Onun sölərinə görə, humanitar forumların keçirilməsi müxtəlif tərəfləri dialoqa çağırır. M.Şvıdkoy qeyd edib ki, hazırda bütün münaqişələr və müharibələr insanların beyinlərində yaranır: "Məhz buna görə də humanitar forumlar olduqca vacibdir".

 

“Çoxları İlham Əliyevin fikirləri ilə razılaşacaq...”

 

Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən mövzular olduqca aktualdır. Bunu Trend-ə "Marşalek holdinq" nəşr evinin İdarə heyətinin sədri Adam Marşalek deyib. Onun sözlərinə görə, Forum müxtəlif baxışları göstərmək və dünyada yaranmış mövcud vəziyyətdən çıxış yollarını müzakirə etmək fürsəti verir.

A.Marşalek qeyd edib: "Prezident İlham Əliyevin çıxışı diskussiyada olduğum insanların hamısının xoşuna gəlib. Fikrimcə, çoxları onun fikirləri ilə razılaşacaq və öz fikri kimi qəbul edəcək".

 

ABŞ-dan gəlmiş senator Azərbaycanı regionda çiçəklənmənin nümunəsi adlandırdı

 

Azərbaycan böhranın tüğyan etdiyi regionda mütərəqqi və çiçəklənən ölkə nümunəsidir. Bunu Trend-ə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Arizonadan olan senator Karlayl Bigey deyib. Onun sözlərinə görə, multikulturalizm məsələlərinin müzakirə edilməsi dünyada demokratiya və ədalətin irəliləməsi baxımdan vacibdir.

Senator deyib ki, Bakı Forumu bütün dünyada multikulturalizm dəyərlərini inkişaf etdirmək üçün yeni ideyaları müzakirə etmək və mühüm qərarları qəbul etmək imkanı verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ