Bazar günü günü, 10 may 2026
     

Prezident İlham Əliyev Bakı Forumunda dünyanın diqqətini bəşəri fəlakət hazırlayan problemlərə yönəltdi

Image


Azərbaycan tarixi multikulturalizm üzərində qurulub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışında bildirib.

Dövlət başçısı deyib: "V Bakı Beynəlxalq Humanitar Forumu başlayır. Bu Forumda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, “Azərbaycana xoş gəlmisiniz” deyirəm. Builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb və beynəlxalq mötəbər tədbirlər arasında bu Forumun xüsusi yeri var. Azərbaycan həmişə beynəlxalq humanitar əməkdaşlığa çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Və beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Bu məqsədlə biz son illər ərzində ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Beynəlxalq Humanitar Forum xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Bütün bu beynəlxalq tədbirlər çərçivəsində geniş diskussiyalar, müzakirələr aparılmışdır və beynəlxalq humanitar əməkdaşlıq, multikulturalizm, digər önəmli məsələlər müzakirə olunmuşdur. Eyni zamanda Azərbaycan mötəbər idman yarışlarına da son illər ərzində ev sahibliyi edib".

Prezident İlham Əliyev qeyd edib ki, təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilib: "Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda Birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir, çünki İlk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəylik Oyunları keçiriləcək. Bax bugünkü Azərbaycan bu yolla gedir. Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir".

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır, onlar səylərini daha da sıx birləşməlidirlər: "Bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir, qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala bilər və müsbət meyilləri gücləndirə bilər. Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul ediblər və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın yüzdən çox ölkəsi birləşir".

Prezident vurğulayıb ki, Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan olunması təsadüfi deyil: "Təəssüf ki, bəziləri multikulturalizm siyasətinin müvəffəqiyyətsizliyə uğradığını, hətta təhlükəli hal aldığını deyirlər".

İlham Əliyev deyib: "Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar ki, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir rabitə, əlaqə yaradılsın. Bu məqsədlə biz 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada böyük əks-səda yaratmışdı və bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü. Bu görüşə və təşəbbüsə Bakı prosesi adı verilmişdi. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul edirdik və Avropadan mədəniyyət nazirlərini dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə yeni çox önəmli bir təşəbbüs və proses başlamışdı. Biz əlbəttə ki, çox fəxr edirik ki, bu hərəkətə Bakı prosesi adı verilmişdi. Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir. Eyni zamanda bizim tariximiz multikulturalizm əsasında qurulub. Düzdür, multikulturalizm bir söz, anlayış olaraq, yeni bir ifadədir. Ancaq bu, həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olub və biz bu ənənələri yaşadırıq".

Dövlət başçısı vurğulayıb ki, bu gün müstəqil dövlət kimi biz multikulturalizmin inkişafına öz töhfəmizi veririk: "Belə tədbirlərin keçirilməsi ilə və gündəlik həyatda Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gücləndirir. Bir də qeyd etmək istərdim ki, Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi, sülh-mehribanlıq şəraitində yaşayır. Heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma və ya anlaşılmazlıq olmayıb. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi, dini abidələri dövlət tərəfindən qorunur. Eyni zamanda, dövlət öz vəsaitini təşkil etməklə bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar birlikdə bunu qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik və bu gün Azərbaycanda dünyanın ən qədim məscidlərindən biri yerləşir. Şamaxı şəhərində Şamaxı məscidi 743-cü ildə tikilib və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığıında Qafqazın ən qədim kilsələrindən biri Qafqaz Albaniyası kilsəsi tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik abidəsi, məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir".

Prezident sonra deyib ki, tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşamışdılar: "Yəqin ki, təsadüfi deyil ki, məhz Azərbaycanı birgə yaşayış üçün seçmişlər, çünki bizim ölkəmizdə, bizim diyarda həmişə bu meyillər üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq. Ölkə daxilində bu dövlət siyasəti böyük rəğbət qazanır. Eyni zamanda, bu cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Və əksinə, cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı olan meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, bu il Azərbaycanda multikulturalizm ili elan edilib. Müəyyən müddət bundan əvvəl Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdı. Şəhərimizin mərkəzində dövlətçiliyimizin rəmzi olan dövlət bayrağının yaxınlığında multikulturalizmə abidə ucaldılmışdı. Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın bir neçə yerində multikulturalizmlə bağlı fərqli fikirlər, bədbin fikirlər səslənir. Bəziləri hesab edirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəziləri ümumiyyətlə, hesab edirlər ki, belə bir meylə yol vermək olmaz. Bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, təhlükəli yanaşmalardır. Çünki multikulturalizmə gəlin baxaq, alternativ nədir? Varmı bu alternativ? Əlbəttə ki, var. Amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir, çox təhlükəli meyillərdir. Tarixdə bir neçə dəfə biz görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir".

Dövlət başçısı qeyd edib ki, burada birmənalı mövqe nümayiş etdirilməlidir: "Biz öz növbəmizdə, öz fəaliyyətlərimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri də Azərbaycandır və biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, həm də regionda bu müsbət meyilləri gücləndirək. Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz I Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi".

İlham Əliyev bildirib ki, son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, həm də digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr, qanlı toqquşmalar, müharibələr baş verib və baş verir: "Bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın, köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində, bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir və öz növbəsində, bu ölkələr dağılandan sonra – Yaxın Şərqi nəzərdə tuturam – insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi Avropa ölkələrində çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir. Eyni zamanda antimiqrant meyillər güclənmişdir və bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Və bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha da çox, böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha çox böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Çox təhlükəli tendensiyadır. Biz indi sivilzasiyalararası dialoqdan danışırıq, amma reallıqda sivilzasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa, çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, bugünkü zamanda daha çox belə məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir və bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Məsələn, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki bəzi kütləvi informasiya vasitələri, bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər, halbuki terrordan ən çox əziyyət çəkən ölkələr elə müsəlmanlardır. Bəzi Avropa ölkələrinin rəhbərləri “Stop İslam!” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu nədir? XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı ölkələr reaksiya vermir, hesab edirlər ki, bu belə də olmalıdır. Çox təhlükəli tendensiyalardır və biz mütləq bu barədə danışmalıyıq".

Dövlət başçısı qeyd edib ki, müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha da böyük dəstək qazanması narahatedici amillərdir: "Hesab edirəm ki, biz açıq şəkildə bu məsələləri müzakirə etməliyik. Bakı Forumunun iştirakçıları arasında tanınmış dövlət xadimləri, ictimai xadimlər, tanınmış alimlər, onların arasında 13 Nobel mükafatı laureatı, jurnalistlər, qeyri-hökumət təşkilatı nümayəndələri və digər dəyərli qonaqlar iştirak edirlər. Ona görə də bu, açıq diskussiyalar, tövsiyələr üçün gözəl bir formatdır".

Prezident vurğulayıb ki, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib: "Ancaq istəyirəm, qonaqlar bilsin ki, bizim ölkəmiz özü böyük humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana etdiyi silahlı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim tarixi və əzəli torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Soyqırım nəticəsində 613 dinc insan Xocalı şəhərində qətlə yetirilib. Onların 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, video və foto materiallar, şahid ifadələri var. Dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. İşğal edilmiş ərazilərdə bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb, bununla bağlı da faktlar var. Bununla bağlı ATƏT iki dəfə işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün infrastruktur, şəhərlər dağıdılıb, qəbirlər yerlə-yeksan edilib. Onlar qəbirlərimizin üstünə buldozer salaraq dağıdıblar. Məscidlərimiz dağıdılıb.

Bakının mərkəzində erməni kilsəsi var, biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan edirlər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük bəla törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər. Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir, xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT-nin Baş Assambleyası dəfələrlə qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılsın. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gələndə isə, qətnamələrin qəbulundan 20 ildən çox vaxt keçməsinə baxmayaraq, icra edilmir. Bu qətnamələri qəbul edənlər isə onun icrasını tələb etmirlər".

İlham Əliyev əlavə edib ki, digər beynəlxalq təşkilatlar da bu barədə qərarlar qəbul ediblər: "İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT. Yəni bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda Dağlıq Qarabaq beynəlxalq hüquq baxımından da Azərbaycanın ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir".

Dövlət başçısı bildirib ki, bu problemə baxmadan ölkəmiz inamla inkişaf edir, biz güclənirik: "Gələn ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri tərəqqi və inkişaf illəri olub. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir. Bir neçə il əvvəl dünyanın 155 ölkəsi bizə böyük etimad göstərərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib".

İlham Əliyev deyib ki, ölkəmizdə humanitar məsələlər həllini tapır: "Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapıb, 90-dan artıq qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər, mənzillər verilib. Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Bizim böyük valyuta ehtiyatlarımız var, onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılıb. Bu gün həm işsizlik, həm də yoxsulluq ölkədə 5 faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır, neftin qiymətinin kəskin düşməsi nəticəsində Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir.

Dünən mənə məlumat verildi ki, Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri tutmaq gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçib, dərin siyasi və iqtisadi böhran yaşanırdı, qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bu, çox acı statistikadır, amma bu belədir, bu da bizim maliyyə resurslarımızı cəlb edir. Buna baxmayaraq, düzgün istisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibət, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edə bilir".

Azərbaycan Prezidenti qeyd edib: "Biz fəxr edə bilərik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq və istəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Forumunun keçirilməsi bu niyyətin bir hissəsidir.

Mən bütün qonaqlara ölkəmizə gəldikləri üçün bir daha minnətdarlığımı bildirmək istəyirəm, Foruma uğurlar arzulayıram".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ