Fransanın "Alstom" şirkəti, Bakı Metropoliteni tərəfindən vaqon tədarükü ilə bağlı tender keçiriləcəyi təqdirdə, həmin tenderdə iştirak etmək niyyətindədir.
Bunu “Trend”-ə Berlində keçirilən "InnoTrans 2016" sərgisində "Alstom" şirkətinin Yaxın Şərq regionu və Afrika üzrə baş vitse-prezidenti Canluka Erbaççi deyib. Onun sözlərinə görə, Azərbaycan bazarı "Alstom" şirkəti üçün böyük maraq kəsb edir. C.Erbaççi əlavə edib: "Ötən il biz Bakı Metropoliteni üçün 3 qatar vermişik və yaxşı rəylər alımışıq. Bakı metro şəbəkəsinin genişlənməsini nəzərə alsaq, deməli qatarlara da tələbat artacaq. O halda tender keçirilərsə, biz böyük məmnuiyyətlə bu tenderlərdə iştirak etmək niyyətindəyik".
Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir, 25 metro stansiyası var. Bakı Metropoliteninin xətti 36,7 km təşkil edir. Üç hərəkət xətti var.