Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 30-da Ağcabədi rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Ağcabədi, Beyləqan və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul Ağcabədi şəhəri Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 63) keçiriləcək.
Bildirilir ki, vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-5069), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin Ağcabədi şəhəri Mədəniyyət Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Xəbəri Ədliyyə Nazirliyi Mətbuat xidməti yayıb.
Xəbər xidməti