Cümə günü, 30 oktyabr 2026
     

Referendumda saat 17:00-dək seçicilərin 63,6 faizi səs verib

Image


Xəbər verildiyi kimi, bu gün Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 10:00-a olan məlumata görə, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda respublika üzrə seçicilərin 12,9 faizi - 680 438 seçici səs verib (Trend).

MSK Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 12:00-a isə referendumda respublika üzrə seçicilərin 30,6 faizi - 1 613 879 seçici səs verib.

Saat 15:00-a isə referendumda respublika üzrə seçicilərin 53,8 faizi - 2 833 064 seçici səs verib.

Referendumda saat 15:00-a olan ən aktiv seçki dairəsinin adı da açıqlanıb. MSK-nın İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, ən aktiv seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir: "Burada 49 374 seçicidən 33198-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 67,2 faiz seçici fəallığı deməkdir".

MSK Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 17:00-a qədər isə referendumda respublika üzrə seçicilərin 63,6 faizi - 3 348 535 seçici səs verib.

Respublika üzrə seçicilərin sayı - 5 267 111 nəfərdir.

 

Gəncə, Göygöl…

 

Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də bütün seçki məntəqələri saat 8:00-da qapılarını seçicilərin üzünə açıb. Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, elə ilk saatlardan məntəqələrdə səsverənlərin aktivliyi müşahidə olunub.

Səhərin erkən saatlarından etibarən referendumda səsverənlərin aktivliyi müşahidə olunur. Gəncədə 4 seçki dairəsi üzrə 107 seçki məntəqəsi var. Bu məntəqələrdə ümumilikdə 146 720 seçici qeydiyyatdadır ki, onlardan da 753 nəfəri ilk dəfədir öz səs vermə hüququndan istifadə edir.

Gəncədə 2 saylı istintaq təcridxanası və hərbi hissələrdə əlavə 5 qapalı səsvermə məntəqəsi də yaradılıb. Burada daha 4142 nəfər səs verəcək. Gəncədə səsvermə prosesini 1496 yerli müşahidəçi izləyir. Dairə Seçki komissiyalarından verilən məlumata görə, 22 məntəqədə “exit-poll” keçirilir.

Qeyd edək ki, 37, 38, 39 və 40 saylı Seçki dairələrinin 44 məntəqəsində əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Səsvermə prosesini canlı izləmək üçün 41 məntəqədə veb-kameralar aktivdir və gün ərzində internet, rabitə və elektrik təminatında problem yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülüb.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntəqələrində də yüksək seçki fəallığı müşahidə olunur. Seçki məcəlləsinin tələblərinə uyğun demokratik, şəffaf keçirilən səsvermədə qanun pozuntusu qeydə alınmayıb. Səhər saatlarından başlayaraq göygöllü seçicilər konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə öz münasibətlərini bildirmək üçün vətəndaşlıq borclarını yerinə yetirirlər.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 45 min 616 seçici qeydiyyata alınıb. 37 min 169 nəfər Göygol, 847 nəfəri isə Daşkəsən rayon sakinidir. 807 gənc isə səsvermədə ilk dəfə iştirak edir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 350 seçici məntəqələrdə səs verə bilmir. Məhz ona görə də həmin seçicilərin evlərinə daşınan qutular aparılacaq. Dairə üzrə 81 məntəqə var və bunlardan 50-i Göygöl, 31 Daşkəsən rayonundadır. Bu məntəqələrdən 9-da veb kamera quraşdırılıb.

Seçkini izləmək üçün 740 müşahidəçi qeydiyyata alınıb, 2 məntəqədə “exit-poll” keçirilir.

 

Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında isə 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsində referendum keçirilir. Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Trend-in məlumatına görə, məntəqə sədri Aslan Mirzəyev bildirib ki, məntəqə səhər saat 08:00-da fəaliyyətə başlayıb: "Saat 13:00-a qədər təcridxanada cəza çəkən məhkum və həbs edilmiş şəxslərin əksəriyyəti səsvermədə iştirak edib. Digər məhkumların da seçkidə iştirakı davam edir.

O qeyd edib ki, məntəqədə səs verən məhkumlar öz istəkləri ilə səsvermədə iştirak edirlər: "Proses tam şəffaf və müşahidəçilərin iştirakı ilə təşkil olunub".

 

Rusiya

 

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiyadakı səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 08:00-da başlayıb. Səfirlikdən Trend-ə verilən məlumata görə, Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb.

Məlumatda qeyd olunur ki, səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Saat 10:30-a olan məlumata əsasən, artıq 230 nəfər səs verib ki, bu da ümumi səs verənlərin 15%-ni təşkil edir.

Referendumun gedişatını MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər də izləyirlər.

Ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülüb.

Səsvermə Moskva vaxtı ilə saat 8:00-dan 19:00-dək davam edəcək.

Səfirlikdən verilən məlumata görə, ümumxalq səsverməsində Moskva vaxtı ilə saat 15:00-a olan məlumata əsasən, artıq 879 nəfər səs verib ki, bu da ümumi səs verənlərin 56%-ni təşkil edir.

 

Qazaxıstan

 

Konstitusiyasında dəyişikliklər edilməsi üzrə referendumda iştirak etmələri üçün Qazaxıstanda da yaradılmış seçki məntəqələrində seçicilərin yüksək aktivliyi müşahidə olunur. Bunu Azərbaycanın bu ölkədəki səfirliyindən deyiblər. Səfirlikdən qeyd ediblər ki, referendumla əlaqədar ölkədə 3 seçki məntəqəsi - Astan, Almatı və Aktauda - yaradılıb: "Səsvermə prosesi şəffaf keçirilir".

 

Əbu-Dabi

 

Azərbaycanın BƏƏ-dəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumda seçki aktivliyi indiyə qədər müvafiq olaraq 85 faiz və 82 faizdən çox təşkil edib. Bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Əbu-Dabidəki səfirlikdə 16-cı Yasamal seçki dairəsi nəzdində yaradılmış məntəqənin seçki siyahısında BƏƏ-də daimi və ya müvəqqəti yaşayan 76 Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Daha 197 nəfər isə Dubaydakı Baş Konsulluqda açılmış seçki məntəqəsində qeydiyyata alınıb.

Səfir qeyd edib ki, hər iki seçki məntəqəsində gün ərzində aktivlik müşahidə edilir.

 

Mətbuat Şurasına jurnalistlərdən müraciət daxil olmayıb

 

Saat 16:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Bu barədə Şuradan məlumat verilib.

Məlumatda bildirilir ki, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlıandırmasının şahidi olub, həmçinin jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərir. Referendumu işıqlandıran jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Mətbuat Şurasının bundan əvvəl yaydığı məlumatda da bildirilirdi ki, saat 12:00-dək referendumla bağlı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ