Əhalinin 30,6 faizinin səsvermədə iştirak etməsilə Azərbaycanda referendum baş tutmuş sayılıb.
Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir. Xəbərə görə, MSK-nın informasiya mərkəzinin rəhbəri Fərid orucov bu barədə açıqlama verib. O deyib ki, Azərbaycanın seçki qanunvericiliyinə görə, səsvermə hüquqlu vətəndaşların 25 faizi səs verərsə, seçki baş tutmuş hesab olunur. Mərkəz rəhbərinin açıqlamasına görə, bu gün saat 12%00-a olan məlumata görə, həmin rəqəm 30 faiz təşkil edib.