Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermə mütəşəkkil və sakit keçir.
Bu barədə “Trend”-ə Türkdilli ölkələrin Parlamentlər Assambleyasının (TÜRK PA) Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib. Onun sözlərinə görə, TÜRK PA missiyası artıq 3 seçki məntəqəsində olub: "Şəhər ətrafındakı seçki məntəqələrinə baş çəkmək də planlaşdırılır. Hər şey dəqiq təşkil edilib".
TÜRK PA missiyasına Qazaxıstan, Qırğızıstan və Türkiyədən parlamentarilər daxildir.