Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və digər ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olaraq səsvermə bülleteni alıb və kabinəyə keçib. Sonra bülleteni qutuya salıb.
Ardınca Mehriban xanım və digər ailə üzvləri də referendumda səs verib. Bu anı respublikanın və xarici ölkələrin mətbuat orqanları, televiziya kanalları lentə alıb.