Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ ərazisində (Azərbaycan Respublikası) qondarma “prezident seçkilərinin” keçirilməsini pisləyir. Ukrayna XİN-in bu gün yaydığı bəyanatda qeyd olunur ki, “Qondarma “prezident seçkilərinin” keçirilməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir.
Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarıdır.
Mətləb