“The Guardian” nəşri iqlim problemləri barədə maraqlı xəbər yayıb. İngilis nəşrinin məlumatında deyilir ki, alimlər Antarktidanın iqlim modellərinin proqnozlaşdırıldığı kimi iki dəfə sürətlə istiləşməsinə dair birbaşa sübutlar tapıblar.
“Qitənin qərb hissəsində temperaturun kəskin artması qeydə alınıb - bölgə iqlim dəyişikliyinə ən həssas bölgə hesab olunur, çünki buzlar ərisə, dəniz səviyyəsi bir neçə metr qalxa bilər. Klimatoloqlar çoxdan qəbul ediblər ki, qütb zonaları planetin digər hissələrinə nisbətən qlobal istiləşməyə daha həssas olacaq. Ancaq əvvəllər yalnız Arktika ilə bağlı sürətlənmiş istiləşmədən danışırdılar”, - ingilis nəşrinin məlumatında qeyd olunur.
Mətləb