Braziliyanın cənub bölgəsində ötən həftənin sonundan davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb. Xarici medianın yazdığına görə, Vilayət Qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
"Ölənlərin sayı arta bilər. Həftə sonundan tropik qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 900-dən çox sakinin olduğu Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işləri davam edir."- Qubernator belə deyib. Fəlakət bölgəsinə baxış keçirən qubernator qeyd edib ki, 9 nəfər itkin düşüb.
Mətləb