Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar bəyan edib ki, Slovakiya 2024-cü ilin yazında Qarabağda “ağıllı” kəndin tikintisinə başlayacaq.
Yerli mediaya açıqlama verən B. Kollar bildirib ki, Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı” kəndin tikintisinin layihə sənədləri ilə bağlı müqavilə imzalanacaq. "Prezident İlham Əliyevlə bu layihəni müzakirə etdik. Layihə sənədləri gələn ilin fevral ayına qədər hazır olmalıdır. Azərbaycan bütün prosesi sürətləndirmək istəyir. Təxminən yazda “ağıllı” kəndin tikintisinə başlanmalıdır. Bu, pilot layihə olacaq.
Azərbaycan 100-ə yaxın belə “ağıllı” kənd salmaq istəyir. İlk layihə təxminən 5000 ev üçün nəzərdə tutulacaq. Qarabağda böyük bərpa işləri aparılır. Bu, təxminən 20-30 ilə hesablanmış layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq."
Mətləb