Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) respublikanın daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb. Bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb. Fərmanda yazılıb ki, Baş nazirin (Nikol Paşinyan-if) təklifinə əsasən, Konstitusiyanın maddələrinə və Diplomatik xidmət haqqında qanuna uyğun olaraq Viktor Biyağov KTMT - də Ermənistanın daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağrılıb.
İnterfaks agentliyinin xəbərində deyilir ki, son vaxtlar həm Rusiya ilə, həm də KTMT-yə münasibəti sərtləşən rəsmi İrəvan, bu dəfə rəsmi nümayəndəsini də geri çağıraraq bu təşkilata olan mənfi münasibətini açıq şəkildə ortaya qoyur. Xatırladaq ki, Biyagov 2018-ci ilin noyabrında KTMT-də Ermənistanın daimi nümayəndəsi təyin edilib.
Mətləb Salahov