Baş separatçı Araik Arutyunyan cəhənnəm olub getdi, separatçılar Xankəndidə bir-birni didirlər, üstəgəl bu gün Ermənistan yeni qanlı təxribatlar törədir, cəbhədə qanlı atışmalar səngimir... və məlum olur ki, Rusiya Qarabağdakı sülhməramlı ordusuna yeni komandan təyin edib. Məgər bundan əvvəlki nə işə yarayırdı ki, onu dəyişib yeni generalı Qarabağ çöllərinə salasan?. Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilən general-mayor Kirill Kulakovun tərcümeyi halına baxanda isə məlum olur ki... sən demə Moskva Qarabağa Kazanda pedaqoji fəaliyyətlə məşğul olan hərbi müəllimi komandan göndərib. Açıq şəkildə belə görünür ki, artıq Qarabağdakı sülhməramlıların fəaliyyəti Moskva üçün də heç bir önəm daşımır. Kimi istəsələr komandan göndərə bilərlər Qarabağa. Erməniyə də bələddirlər, öz yaratdıqları “Qarabağ kartına” da. O məşhur filmdə deyildiyi kimi, “qızımı çerçeniya müəlliminə də, professora da verərəm”...
Yeni komandanın tərcümeyi halına nəzər yetirək. 1969-cu ildə anadan olan K.Kulakov 1990-cı ildə Kazandakı ali hərbi komanda məktəbini bitirib. 1995-2014-cü illərdə Kazandakı ali hərbi komanda məktəbdə müəllim işləyib. 2014-2017-ci illərdə əlahiddə qvardiya tank briqadasının komandiri olub. 2017-ci ildə yeni təyinata kimi Kazandakı ali hərbi komanda məktəbin komandiri olub.
Məncə Kremldə də fikirləşirlər ki, sülhməramlılara kimi istəsən komandan təyin etmək olar. Lap hərb müəllimini də. Sanki sülhməramlı adlandırılan hərbi kontinigent Moskvanın da gözündən düşüb. Həttda Kremldə bu qüvvələrin mövcudluğu bir az da qıcıq yaradır. Əslində məlum məsələdir. Çünki peşəkar hərbçilər, ordu generalları Ukraynadakı müharibədə odun-alovun içində məhv olub gedir, bunlar Qarabağda sözün əsl mənasında kefə baxırlar. Erməni haykanuşların bişirdikləri yeməklərdən, tut arağının dadına baxmaqdan kökəlib donuza dönən bu “sülhməramlılar” Sergey Şoyqunun özünü də qıcıq edir görünür. Moskvaya lazım olan bu sülhməramlı kontingentin Qarabağda qalmasıdır, gerisini boş ver..
Mətləb Salahov