Jurnalist Xədicə İsmayılova həbs olunub. Trend-in məlumatına görə, bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
X. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, "Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova bu gün Bakı şəhər Prokurorluğuna çağırılıb.
X.İsmayılova "Azadlıq” radiosunun və "Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.