Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailələrinə yeni mənzillər verilməsi barədə tapşırıq verib.
Bu barədə Trend-ə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə jurnalistlərə açıqlama verərkən bu məlumatı təsdiq edib.