Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib.
APA-nın İsveçrəyə ezam olunan müxbirinin Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyi barədə sualına cavabında S. Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir.