22/04/2019 00:47
728 x 90

Fransa hərbi kəşfiyyatının Makronu hədəf alan hesabatı ortaya çıxdı - Səudiyyə Yəməni fransız silahları ilə vurur

img

Yəməndə davam edən vətəndaş müharibəsində, çox böyük ölçüdə Fransa silahlarından istifadə edildiyi ortaya çıxıb. Açıqlanan gizli hərbi məlumatlara görə, ölkədəki münaqişədə tərəflərdən birinə dəstək verən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəməndə Fransadan aldıqları hərbi texnika ilə döyüşürlər.

Fransada Yəmən siyasətinə görə tez-tez tənqid olunan Paris administrasiyasının bu ölkəyə göndərdiyi silahlar arasında lazer hədəf texnologiyasına malik döyüş təyyarələri, tanklar, helikopter və uzun mənzilli artilleriya qurğusu da var.

Fransa hərbi kəşfiyyatının açıqlanan hesabatının, Səudiyyə Ərəbistanına silah satışı mövzusunda israr edən Fransa prezidenti Emmanuel Makronun hədəf alındığı bildirilir.

Müharibə başlayandan sonra Səudiyyə Ərəbistanının Yəmənlə sərhədinə Fransa zirehli texnikası və tanklar tərəfindən gücləndirilib. Səudilər sərhədə, Yəmənin şimalındakı hökumət binalarını vura biləcək Fransa istehsallı uzun mənzilli raketlər yerləşdirib. Birləşmiş Ərəb Əmirlikləri də fransızların lazer hədəf texnologiyası ilə təchiz edilmiş Fransa döyüş təyyarələrindən istifadə edir.

Son xəbərlər