16/06/2019 17:37
728 x 90

Çindən Pompeonun Venesuela tənqidinə sərt cavab... Latın Amerikası ilə "arxa bağçası" kimi rəftar edirlər...

img

Çin Amerika Birləşmiş Ştatlarını Latın Amerikası ilə "arxa bağçası" kimi rəftar etməkdə günahlandırdı.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq bu sözləri ABŞ dövlət katibi Mayk Pompeonun Çinin Venesueladakı rolunu tənqid etməsinə cavab verərkən deyib.

Lu Pompeonun iradlarının "əsassız" olduğunu və Çinlə Latın Amerikası ölkələrinin arasını vurmağı qarşısına məqsəd qoyduğunu bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü, eyni zamanda, ABŞ-ı hər dəfə başqa ölkələrdəki siyasi qüvvəni hədələmək, hətta devirmək üçün Latın Amerikası ilə "arxa bağçası" kimi rəftar etməkdə günahlandırıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Çinin Venesuela prezidenti Nikolas Maduro hökumətinə maddi dəstək göstərməsinin ölkədəki böhranın uzanmasına səbəb olduğunu bildirib.

Son xəbərlər