16/06/2019 17:26
728 x 90

Parisin məşhur Notr Dam kilsəsində dəhşətli yanğın…"XIX əsrdən, XIII əsrdən qalan hər şey yanır, heç bir şey qalmayacaq" - VİDEO\YENİLƏNDİ

img

Fransanın paytaxtı Parisin ən məşhur tarixi abidələrindən olan Notr Dam kilsəsində yanğın baş verib. Baki-xeber.com xəbər verir ki, yanğın axşam saatlarında başlayıb və alov tarixi kilsənin ətrafına sürətlə yayılmağa başlayıb.

Yanğın kilsənin bərpa işləri gedən hissəsində başlayıb. kilsənin damənın çökdüyü bildirilir. Yanğını söndürmək mümkün olmadığından ətrafdakı binalar da boşaldılıb.

Fransa prezidenti Emmanuel Makron yanğına görə “sarı jiletlilər”lə bağlı xalqa müraciətini ləğv edib və olay yerinə gedib.

  • Qeyd edək ki, Fransanın Qotik memarlığı üslubunda tikilmiş 850 yaşlı məşhur Notr Dam katolik kilsəsi çatlar verməyə başladığı üçün ötən ildən restavrasiya edilirdi. Parisin bu tarixi abidəsinə hər il milyonlarla turist gəlirdi.  

XXX

Paris polisi kilsənin ətrafındakı evləri, otelləri və iş yerləri boşaltmağa başlayıb.

Kilsənin sözçüsü Andre Finot, "Hər şey yanır. XIX əsrdən, XIII əsrdən qalan hər şey yanır, heç bir şey qalmayacaq" deyib.

Paris yanğınsöndürənləri Notr Dam kilsəsindəki yanğının söndürə biləcəklərindən əmin olmadıqlarını açıqlayıb.

Kilsədəki yanğın saatlar sonra nəzarət altına alınıb...

Son xəbərlər