22/04/2019 00:47
728 x 90

Sudanda ordu ilə müxalif qruplar arasında toqquşma təhlükəsi... Xalqı meydanlara çağırdılar

img

Sudanda hərbçilər ordu qərargahının qarşısında toplaşmış nümayişçiləri dağıtmağa cəhd edib, müxalif quruplar isə xalqı meydanlara çıxmağa çağırıb.

Baki-xeber.com xəbər verir ki, orduya aid buldozerlər ordu qərargahı qarşısında nümayişçilərin qurduğu çadır və barikadaları sökməyə cəhd edib.

Ancaq müxalif qruplar əsgərləri geri çəkilməyə məcbur edib və xalqı meydanlara çıxmağa çağırıblar.

Hazırda əsgərlər nümayişçilərin toplaşdığı yerin yaxınlığında gözləyirlər.

Son xəbərlər