İranın neft naziri Bijen Namdar Zəngənə ABŞ-ın ölkəsinə qarşı sanksiyaları haqqında açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, nazir, Trampın İrana təzyiqi artırmaqla ABŞ-dakı benzinin qiymətini sabit saxlamaq arasında seçim etməli olacağını deyib.
"Neft qiymətlərinin gündən-günə yüksəlməsi bazarın narahat olduğunu göstərir. Donald Tramp İrana təzyiqi artırmaqla ABŞ-dakı benzinin qiymətini sabit saxlamaq arasında seçim etməlidir" – iranlı nazir deyib.
Neft bazarının kövrək bir vəziyyətdə olduğunu və ABŞ İrana təzyiqi artıracağı halda bunun daha da dərinləşəcəyini deyən Zəngənə bildirib: "Venesuelada problemlər var, Rusiyaya da sanksiya tətbiq edirlər, Liviyada qeyri-sabit vəziyyət hökm sürür və ABŞ-dakı neft hasilatı da əldən getdi. Bu cədvələ görə, istehsal, təklif və tələb çox kövrək bir dövrdən keçir".