07/12/2019 22:52
728 x 90

Sudanda çevrilişlə hakimiyyyəti ələ keçirən hərbçilərə xaricdən açıq dəstək başladı – ABŞ, Səudiyyə, BƏƏ, Bəhreyn...

img

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn Sudan prezidenti Ömər əl-Bəşirin devrilməsindən sonra yaradılmış hərbi keçid şurasının yeni təyin olunmuş başçısı Əbdülfəttah əl-Burhanı dəstəklədiyini bəyan edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu dörd ölkənin açıqladığı bəyanatlarda hərbi şura tərəfindən açıqlanan addımlara dəstək və sudanlılara bütün məsələlərdə yardım göstərəcəklərini bildirirlər.

Səudiyyə Ərəbistanının, Ömər əl-Bəşirin devrilməsindən sonra ilk rəsmi açıqlamasında, kral Salman bin Əbdüləzizin, Sudana, neft məhsulları və buğda da daxil olmaqla, humanitar yardım göndərilməsi üçün səlahiyyətlilərə əmr verdiyi deyilir.

BƏƏ-nin prezidenti şeyx Xəlifə bin Zayed Əl Nahyan isə Sudana humanitar yardımın tezliklə göndərilməsinin yollarının araşdırılması üçün ölkənin keçid hərbi şurası ilə əlaqənin yaradılması barədə tapşırıqlar verib. BƏƏ-nin bəyanatında deyilir ki, Əmirlik Sudanın ən yeni tarixinin bu dönüş məqamında baş verən hadisələri diqqətlə izləyir və qardaş xalqın, onun milli ordusunun bütün çağırışların öhdəsindən gələ biləcəyinə, ölkədə sabitliyin, inkişafın və çiçəklənmənin təmin etmək iqtidarında olduğuna ümidvar olduğunu bildirib.

Bəyanatda Sudanın hərbi şurasının ölkədə qanın tökülməməsi istiqamətində atdığı addımlarının dəstəkləndiyi vurğulanır.

Bəhreyn kralı Hamad bin İsa əl-Xəlifə də ölkəsinin Sudan xalqı ilə həmrəy olduğunu, hərbi şurasının başçısı Əbdülfəttah əl-Burhanı dəstəklədiyini bildirib.

Bu arada, Sudan hərbi şurasının sədr müavini Məhəmməd Hamdan Daglo ABŞ-ın bu ölkədəki səfiri ilə görüşüb. Görüşdə, Sudan-Amerika əlaqələrini inkişaf etdirmək üçün iki tərəf arasında əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub.

Son xəbərlər