Liviyada, Milli Həmrəylik Hökumətinə (MHH) bağlı qüvvələr, üsyançı general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna aid bir döyüş təyyarəsini vurub.
Baki-xeber.com xəbər verir ki, bu barədə MHH-nin "Burkan el-Gadab" (Qəzəb Vulkanı) adı verdiyi əməliyyata aid sosial media hesabında məlumat yayılıb.
Açıqlamada, Tripolinin cənubundakı Vadi er-Rabi bölgəsində general Haftara bağlı qüvvələrin bir döyüş təyyarəsinin vurulduğu bildirilir. Pilotun vəziyyətilə bağlı məlumat verilmir, Haftarın rəhbərlik etdiyi ordudan da hər hansı açıqlama verilmir.