19/07/2019 12:50
728 x 90

AB kəşfiyyatı xəbərdarlıq etdi – Rusiya Avroparlament seçkilərinə müdaxilə etməyə hazırlaşır

img

Avropa Birliyi (AB) ölkələrinin kəşfiyyat xidmətlərinə görə, Rusiya 23-26 may tarixlərində Avropa Parlamentinə keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, kəşfiyyat məlumatlarında, Rusiyanın bu məqsədlə sosial şəbəkə və nəzarətindəki televiziya kanallarından istifadə edəcəyi bildirilir.

Məlumata görə, AB kəşfiyyat qurumlar Rusiyanın AP seçkilərinə təsir etmək səylərini yaxından izləməyə başlayıblar. Almaniyanın informasiya agentliyi “dpa”nın ələ etdiyi kəşfiyyat məlumatlarına görə, sosial şəbəkələr və RT kimi dövlətdən dəstək alan televiziyalar vasitəsilə, Moskvaya dost və Avropa Birliyini tənqid edən partiyaları dəstəkləmək Rusiyanın taktikaları arasında yer alır. Xüsusilə gənclərin Rusiyanın hədəfdə olduğu bildirilir.

Rusiyanın bu addımları, Avropa Parlamentinə seçkilərin əhəmiyyəti barədə seçicilərdə şübhə yaratmaq və seçkilərdə iştirak səviyyəsini aşağı salmaq məqsədi daşıyır.

Kəşfiyyat rəsmiləri deyirlər ki, Rusiyanın bu günə qədər AP seçkilərinə təsir göstərmək səyləri, 2016-cı ildə keçirilən ABŞ seçkiləri və 2017-ci ildə Fransa seçkilərilə müqayisədə azdır.

Bu vəziyyətin keçmiş Rusiya agenti Sergey Skripalın keçən il Böyük Britaniyada zəhərlənməsinin ardında Rusiya səfirliklərində çalışan 150-dən çox diplomatın deportasiya edilməsilə bağlı ola biləcəyi deyilir.

AB-nin kəşfiyyat idarələri müdaxilələrin arxasında olanların kimliyini bilmir. Lakin, Avropada ümumi strategiyanın Moskvadakı siyasi liderlər tərəfindən müəyyənləşdirildiyi və bəzi tədbirlərin müxtəlif müstəqil qurumlar tərəfindən həyata keçirildiyini düşünürlər.

Son xəbərlər